ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumunu pisləyib
Mia.az xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb
Bildirilib ki, hücumla bağlı Prezident İlham Əliyevin fikirini tam dəstəkləyirlər:
"Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”.
Mia.az