Bəstəkar Hilmi Topaloğlunun oğlu Volkan Topalın "Prestij Meselesi" filmində atasının etibarının zədələndiyini əsas gətirərək, aktyor, müğənni  ahsun Kırmızıgülü məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu ün məhkəmə prosesi təxirə salındıqdan sonra tərəflər arasında zalda "dartışma" çıxıb.

Belə ki, iddiaçı Volkan Topala qardaşı Okan Topaloğlu "20 il sonra bir film görüb, ortaya çıxırsan. Atamın sümüklərini sızladırsan, utanmaz adam" deyə, təpki göstərib.

Xatırladaq ki, bəstəkar Hilmi Topaloğlunun ilk arvadından olan büyük oğlu Volkan Topal bu ilin fevral ayında vizyona girəcək "Prestij Meselesi" filmində sevgililəri olan sənətçilərin ad çəkilib. Üstəlik, bu filmin Hilmi Topaloğlunun küslü olduğu Mahsun Kırmızıgül tərəfindən çəkilməsinə də oğlunun icazəsi olmayıb. Atasının xatirəsinin filmdə bu şəkildə (iki arvadl) hallanmasını şəxsi həyata müdaxilə sayan ailə bununla həm də bəstəkarın cəmiyyətdəki etibarına qəsd olunduğunu iddia edir.

Maraqlı budur ki, məhkəmə gedişatında bəstəkarın ilk və ikinci arvadından olan oğlanlar bir-birinə düşmən kəsilib. Biri Kırmızıgülü ittiham edir, digəri isə yox, əksinə, qardaşı ilə az qala əlbəyaxa olmağa hazır görünür.

Ləman,

Mia.az