Mədəniyyət Nazirliyi Kinematoqrafçılar İttifaqında baş verən istefalara reaksiya verib.
Mia.az-ın məlumatına görə, nazirlk baş verənlərin qurumun daxili işi olduğunu açıqlayıb: "Mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər. Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyildir".
***
Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Kinematoqrafçılar İttifaqının üzvləri qurumdan kütləvi istefa verir.
Mia.az xəbər verir k, istefaya gedənlərin siyahısında Xalq artisti Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov və başqaları ilə yanaşı, xeyli əməkdar artistlər də var.
Məsələ ilə bağlə Qaynarinfo-ya açıqlama verən Xalq artisti Tariyel Qasımov istefaları təsdiq edib.
O bildirib ki, Şəfiqə Məmmədova teatr adamıdır, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı onun yeri deyil: "Şəfiqə getsin teatrada işləsin, İttifaqın ona aidiyyatı yoxdur. Onun kinoda nə işi? Mənə gələn dəvəti gizlədib, verməyib. Onun buna haqqı yoxdur. Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Bir də tədbirdən sonra xəbər tutmuşam. Bir neçə gün sonra AzTV-də canlı efirdəydim. Onun bu hərəkətini deyib ittifaqın vəsiqəsini canlı efirdə cırdım, dedim ki, ora mənlik deyil, vəssalam. Belə bir adamla bir yerdə işləmək mənasızdır”.
Mia.az onu da xatırladır ki, ötən il alternativ Kinematoqrafçılar İttifaqının sədrliyinə xalq artisti Rasim balayev gətirləndən sonra bu ii eyni təşkilatın bir çətir altında birləşdirilməsi günün əsas məsələsi olub. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyb. O vaxtda Şəfiqə Məmmədova ilə bağlı radikal tədbirlərin görüləcəyi barədə söz-söhbət dolaşırdrı. İndisı görünür, istefa verənlər Rasim Balayevin sədr olduğu ittifaqa yönəldiləcək. Ş.Məmmədova isə təklənərək, taleyi ilə barışmağa məcbur ediləcək.
Ləman,
Mia.az