17 ildir Kanal D-də yayımlanan "Arka Sokaklar" serialının baş rol ifaçısı, "Rza baba" kimi tanıdığımız Zəfər Engin serialla vidalaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, təcrübəli aktyor artıq yeni layihələrə keçidin zamanı gəldiyini deyərək, müqaviləsinə xitam verib.

Aktyotun bu açıqlaması Türkiyə mediasında fərqli qarşılanıb. Bildirilib ki, serialın yayımı dayanıb, final seriyasını belə çəkməyə vəsait tapılmır. Bu üzdən aktyorlar yeni layihə axtarışına çıxıblar.

Xatırladaq k, adıçəkilən serial Türkiyədə polisin cinayətkarlara qarşı mübarizəsindən bəhs edir və kifayət qədər uğurlu formatda davam edib.

Ləman,

Mia.az