"Sən gördüyüm, tanıdığım ən gözəl insan, ən gözəl həyat yoldaşı idin".
Mia.az xəbər verir ki, bu sözləri dünən vəfat edən "Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın əri Röyal "İnstagram"dakı səhifəsində yazıb.
Röyalın kədərli paylaşımında daha sonra deyilir: "Mənə ata, ana, bacı, qardaş oldun. Ən yaxın dostum idin...Gözəl həyat yoldaşım, mən səndən çox razı oldum, Allah da səndən razı olsun. İnşallah, qiyamətdə görüşərik".
Ləman,
Mia.az