Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İsgəndər Mehdiyevi çoxsaylı bıçaq zərbələri ilə öldürən və buna görə də həbs olunan məşhur meyxanaçı Rəşad Dağlı ilə bağlı maraqlı açıqlamalar verib.
Mia.az xəbər verir ki, meyxanaçı hər iki tərəfin ona doğma olmasını qeyd edərək, bibisi oğlunun qətlindən danışmağın çətin olduğunu deyib: "Rəşad Dağlı bizim evdə böyüyüb, tonlarla çörək kəsmişik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki, Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!? Allah bilən məsləhətdir".
Meyxanaçı bildirib ki, Rəşadın uğurlarına həmişə sevinib: "Biz, bir-birimizin uğuruna həmişə sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə, Rəşadla bir yerdə gedirdik. Onda allaha and içib dedi ki, toyumuza çağırılası dostlarımız azalır. Yəni, Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur...".
Ləman,
Mia.az