Baş nazir Əli Əsədov hazırda aclıq etdiyi üçün xəstəxanada olan Tofiq Yaqublunun oğlu Rəhim Yaqublunu medalla təltif edib.

Mia.Az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi paylaşım edib.

O bildirib ki, Baş nazir qardaşına 2-ci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı verib.

Nigar Həzi qardaşının ABŞ-da yaşadığına görə, medalın ona təqdim olunduğuu da sözlərinə əlavə edib.

Mia.az