"CNP Film"in çəkdiyi, ssenari müəllifi  Mehmet Canpolatın olduğu Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən birindən bəhs edən yeni film ekranlara çıxır.

Mia.az xəbər verir ki, 2014-cü ildə İŞİD terror qruplaşmasının minlərlə üzvünün Türkiyənin Mosuldakı konsulluğuna hücumı zamanı girov alınan 49 nəfərin Türkiyə kəşfiyyatı tərəfindən azad olunmasının gizli detallarını gün üzünə çıxaran film yanvarın 20-də kinoteatrlarda nümayiş olunacaq.

Filmin adı girov götürülənlərin sayına uyğun olaraq "49" adlanır.

Mia.az