İctimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz aksiyasında həbs olunan Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi açıqlama verib.
O bildirib ki, aclıq edən və buna görə səhhəti kəskin pisləşən atası bu gün Binəqədidə yerləşən Məlikov adına 6 saylı Xəstəxanaya yerləşdirilib.
Onu da qeyd edək ki, bu gün Tofiq Yaqublnun vəkili Nemət Kərimli həkim Adil Qeybulla ilə birgə onu təcridxanada ziyarət etmişdi.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həkim Adil Qeybullanın məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.
Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Mia.az