"Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir".
Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "tviter"dəki paylaşımında bildirib.
O, təəssüflə qeyd edib ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb: "Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?".
Xatırladaq ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır.