ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonda danışacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

O bildirib ki, E.Blinken yaxın günlərdə Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da telefonda müzakirə aparacaq.

Ned Praysın sözlərinə görə, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin də səlahiyyət müddəti başa çatıb.

O deyib ki, bu, ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə təsir etməyəcək.

Mia.az