Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. MİA-ya daxil olan müraciətdə deyilir: Möhtərəm
Cənab Prezidentimiz !
Qəbul etsəniz Sizi öncədən 1 May Həmrəylik Günü Münasibəti ilə Təbrik Edirik .
Sizə müraciətimiz olaraq , Sizində daha yaxşı bildiyiniz 1 MAY Ümumidünya Fəhlə Zəhmətkeşlərin, zəhmətsevər insanların öz Müstəqil Dövlətlərində 1 mayı qeyd edərək , biri - digərinə həmrəy oldugunu bildirən, dünya miqyasinda zəhmətkeşlərə olan qaygi – diqqət təzahürini əks etdirən , insanların zəhmətinə dövləti tərəfindən diqqəti – zəmanəti , zəhmətinin rəhbərliyi tərəfindən qiymətləndirildiyi , sayıldığını və hər bir zəhmət adamının qəlbində uzun illər gözlədiyi , Sizin tərəfinizdən qəbul olunarsa tarixi hadisə olaraq və təqdirə layiq ola biləcək 1 May bayramdır.
Müraciətimizdə qeyd olunanlara diqqət ayırıb, nəzərə alsaniz; İstərdik ki,
1. Azərbaycanda " 1 May " Fəhlə Zəhmətkeş insanların Həmrəylik günü olunması ; ,
2. 1 Mayın qeyri iş günü olunması ; ,
3. Fəhlə Zəhmətkeş insanlara " ruhlandırıcı” fəxri adların verilməsi ; ,
4. Dövləti əhəmiyyətli işdə daha fərqli zəhmət adamlarına " Azərbaycan Əməkçisi " adının verilməsi ;,
5. Zəhmət adamlarına nümunəviliyi göstərmək üçün ,işində fərqlənən fəhlələrə nümunəvi nişan və digər " təltiflərin " verilməsi ; ,
6. Və bəyan etdiyiniz 2014 – cü il Sənaye ili olaraq bu işdə yaxından iştirakımızın qəbul olunmasını düşünərək bu muraciətimizi həmçinin , Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə və Azərbaycan Respublikası Milli Məclisin Sədri Cənab Oktay Əsədova ünvanlayırıq .
Böyük hörmətlə
Azərbaycan Fəhlə Zəhmətkeşlər İttifaqı
İctimai Birliyi
Sədr Tofiq Məhərrəmov