Sabah həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev yenə hakim qarşısına çıxarılacaq.
Mia.az xəbər evrir ki, bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Bəxtiyar Hacıyevin ev dustaqlığı məsələsinə sabah saat 16:30 da Xətai Məhkəməsində hakim Bəxtiyar Məmmədov tərəfindən baxılacaq.
Xatırladaq ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.