“Satıcı” (2016-cı il) filmində rol alan iranlı məşhur aktrisa Təranə Əlidusti İslam Respublikasında yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs edilib.

Bu barədə şənbə günü "Tasnim" agentliyi məlumat yayıb/Report.

Əlidusti həmçinin “Gözəl şəhər” (“Şəhr-e ziba”, 2009), “Hər kəsin öz kinosu var” (“Chacun son cin ma”, 2007), “Ellinin hekayəsi” (“Darbareye Elly”, 2009) kimi filmlərdə də rol alıb.

Xatırladaq ki, İranda bir neçə aydır hakim rejiməö qarşı etiraz aksiyaları davam edir. Molla rejiminin isə etirazçılara qarşı amansız davranışı dünya mediasının gündəmindən düşmür.

Mia.az