Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbov ötən gün 81 yaşında koronavirusdan vəfat edib.

Mia.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətkarın nəşi bu gün "İlahiyyət" məscidinə gətirilib. 

Onun oğlu Vüqar Rəcəbov redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, atasının harada və kimdən koronavirusa yoluxduğu bəlli olmayıb.

"Bütün hadisələr anidən baş verdi. Biz bilmirik atam və ümumən ailəmiz harada və hansı şəraitdə koronavirusa yoluxub. Atam və ailəmiz sırağan gün "COVID-19" test analizi verdi. Ötən gün isə onun və ailəmizin bir neçə üzvünün koronavirusa yoluxduğu aşkarlandı. Atamın yüksək hərarəti vardı. Onu xəstəxanaya aparmağa da ehtiyac olmadı. Çatdıra bilmədik. Atam dünyasını dəyişdi", - deyə O.Rəcəbovun oğlu vurğulayıb.

Vüqar qısa açıqlamasından sonra məsciddə cümə namazı qılıb.

Qeyd edək ki, bir neçə saatdan sonra O.Rəcəbov "Yasamal" qəbiristanlığında dəfn olunacaq.