“Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq”.
Mia.az xəbər verir ki, bu məlumatı Avropa İttifaqının ali nümayəndəsi Jozep Borel deyib.
O bildirib ki, missiya razılaşmalara uyğun olaraq işini həmin tarixdə yekunlaşdırıacaq: "Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcəyik"..