Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mərhum prezident Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Vəfatının 19-cu ildönümündə Can Azərbaycanın Ümummilli lideri, böyük dövlət adamı Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edirəm. “Tək milllət, iki dövlət” şüarının təməlində qardaşlığımız və birliyimiz davam edir”.