Bu gün Azərbaycan Xalq Partiyasının (AXP) 5-ci qurultayı keçirilib.

Mia.az xəbər verr ki, Qurultayda AXP sədri və MNTK-nın hesabataları dinlənilib.

Bundan sonra AXP nizamnaməsi və proqramına dəyişikliklər və əlavələr edilib.

Bununla yanaşı, səsvermə ilə sabiq baş nazir, eyni zamanda, AXP-nin qurucusu və sədri Pənah Hüseyn yenidən partiya sədri seçilib. Həmçinin, İdarə Heyəti və MNTK-nın yeni tərkibi də qurultayada formalaşdırılıb.

Məlumata görə, Qurultayın işində AMİP sədri A.Əlizdə, Ağ Partiya sədri T. Abbaslı, BAP sədrinin müavini V.Qasımlı və Qarabağ Komitəsinin sədri S.Məmmədli təbrik çıxışları ediblər.