İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".
Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir.
***
Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi açılıb.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
***
Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər veirr ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.