Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara etiraz edib.
Mia.az-ın məlumatına görə, mətbuat konfransı keçirən direkktorun sözlərinə görə, teatrda yoxlama oyundur:
"Burada söz-söhbət teatrın 90 illik yubileyindən sonra başlayıb. Həmin tədbirdə nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən iki gün sonra nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova görüşmək istədiyini bildirdi, amma etiraz etdim. Və bundan sonra korrupsiya ilə bağlı söz-söhbətlər yaymağa başaldılar. Anladım ki çox çiddi oyunlar gedir. Burada belə hal ola bilməz. Kukla teatrında korrupsiya ola bilməz"