Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub.
Mia.az xəbər verir ki, Ankarada işıq üzü görmüş "Köçəri quşların nəğməsi" adlı kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı beş povest yer alıb.
Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır. Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.
"Köçəri quşların nəğməsi" yazıçının on beşinci kitabıdır.
Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.