Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.
Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.