Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Anne Boillonla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib: "Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”.

Qeyd edək ki, A.Buayon noyabrın 10-da Azərbaycana səfir təyin olunsa da, hələ Bakıya gəlməyib.