Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub.

Mia.az xəbər verir ki, iclasda həmin komitələrin sədrləri, siyasi partiyaların üzvləri iştirak edirlər.

Layihənin yeni variantı Milli Məclisin plenar iclasına tövsiyə olunub.