Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət Nazirliyinin qurumda apardığı yoxlamaya aydınlıq gətirib.

Mia.az-ın məlumatına görə, qurumun direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, yoxlamalar nazirin əmri əsasında aparılır:

"Yoxlama 3-4 günə başa çatar, bitsin, ondan sonra geniş məlumat veriləcək. Mənim direktor kimi səlahiyyətim var. Nazirin əmrində yazılıb ki, qanunauyğun olaraq yoxlama keçirilsin. Buyursunlar, aparsınlar”.

Qeyd edək ki, bir neçə ay əvvəl isə Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və teatrın rejissoru Səidə Haqverdiyeva mətbuata müsahibələrində Mədəniyyət Nazirliyini tənqid ediblər. Onlar Mədəniyyət naziri Anar Kərimovu sözü gedən teatr ocağını saymamaqda, teatra qarşı ögey münasibət bəsləməkdə ittiham ediblər.