Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.

Mİa.azxəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bəstəkarın məzarı üzərinə tər güllər qoyulub, xatirəsi yad edilib.

Xatırladaq ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.