Azərbaycan Yüksəliş Partiyası sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub. 

Mia.az xəbər verir ki, bu barədə partiya sədrinin özü Feysbuk-dakı hesabından paylaşım edib: “Bu gün Ankaraya səfərim var idi. Hal hazırda ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hal-hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb. Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman mediaya və beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək”.

Xatırladaq ki, Anar Əsədlinin Elçibəyin keçmiş köməkçisi Oqtay Qasımovun pulunu ələ keçirməsi barədə sosial şəbəkədə xəbərlər yayılıb. Buna görə də onun barəsində cinayət işinin olduğu deyilir.