Azərbaycan Fələstində diplomatik nümayəndəlik açır.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.