Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO baş katibi Yens Stoltenberqə təqdim edib.

Azərbaycanın NATO yanında Nümayəndəliyindən Mia.az-a bildirilib ki, görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb.