Şəmkirdə nişanlandığı deyilən qızın valideynləri polisə çağırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları artıq həmin qızın ünvanını müəyyəşləşdirib və onunla söhbət aparıb:

"Qız elçilik mərasimini təsdiqləyib, tezliklə nişan olacağını qeyd edib və valideynləri toyu onun 18 yaşı tamama olandan sonra edəcəyini söyləyib. Bütün bunlara baxmayaraq hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilib. Onlarla profilaktiki söhbətlər aparılacaq. Qanun tələbləri valideynlərin diqqətinə çatdırılacaq. Onlara bildiriləcək ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması məsuliyyət yaradır. Bu məsuliyyət də hazırda valideynlərinin üzərindədir”.

***

Şəmkirdə 14 yaşlı qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-n Mətbuat Xidmətinin Gəncə regional bürosundan "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Nəticəsi barədə məlumat veriləcək".