ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda danışıb.
Mia.az “Sputnik-Armeniya”ya istinadla xəbər verir ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.
E.Blinken və N.Paşinyan humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.