“Rəşad Dağlıdan heç vaxt belə addım gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi…”
Mia.az xəbər verir ki, bunu meyxanaçı Ələkbər Yasamallının anası Baku TV-yə müsahibəsində deyib.
O bildirib ki, Rəşadın atasının artıq-əskik sözlər danışması ürəklərini yaralıyıb: "Ayıbdır, adam elə sözlər deməz. Bizim ürəyimiz yaralıdır, qoyun biz danışaq. İskəndərə narkobaron deyirlər, evinə, yaşayışına baxarısınız. Hadisəni də Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir, xəstəxanaya yerləşdirilib. Övladımla danışa bilməmişəm. Kimdən gözləsəydi, Rəşaddan gözləməzdi, hamımızın əzizi olub”.
İskəndər Mehdiyevin qardaşı isə bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil: “Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları. sonradan isə onlar elə sözlər dedi ki...”.
İskəndər Mehdiyevin qardaşları deyib ki, bundan sonra sonadək gedəcəklər: “Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib”.
MİA.AZ.