AMİP funksioneri Zahid Orucun fikirlərində deputat üçün cinayət məsuliyyətini yaradan məqamların olduğunu deyir.

Millət vəkili Zahid Orucun Azinform.az da dərc olunan «Referendumlu gələcək» başlıqlı müəllif yazısına müxalif camiədən kəskin etraz gəlib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev Azinform.az-a açıqlamasında millət vəkilinin yazısında səsləndirdiyi fikirləri 20 ildir ermənilərin apardığı təbliğatla dəstək kimi dəyərləndirib və buna görə cinayət məsuliyyəinin nəzərdə tutulduğunu xatırladıb.

Elşən Mustafayevin fikirlərini olduğu kimi təqdim edirik: «Bununla nəyi təbliğ edir, Zahid Oruc? «Millətlərin ozünün muqəddəratını tayin etmə hüququnu» təblig edir? Ermənilər də elə 20 ildir Zahid dediyini deyir. Indi siz deyin, burdan CM-nin hansi maddəsinin iyi gəlir? Zahid Orucun məqaləsinin sonunda yazilan bu cümləni diqqətlə oxuyun: «Hər cür inqilabın yuxarı çıxaraq əvvəlki uca başları yerə sərməyə yönəldiyini nəzərə alsaq, hər cür maharibələrin kütləvi qanvermə aksiyası olduğunu dərk etsək, ”aşağılar”ın öz səsi ilə "yuxarılar”ı yönləndirməsi ən yaxşı üsul-idarə və quruluş sayıla bilər».