“10 ildir mənim filmlərim çəkilmir. Məni ittiham etməyə hamı qoçaqdır. Amma bir adamın yadına düşmür ki, bu insanın iki kino təhsili var. 10 ildir mən iki ssenarimi çəkdirə bilmirəm. Niyə? Çünki pul tapılmır”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar BBC News Azərbaycancaya müsahibəsində deyib. 

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi deyir ki, filmlər üçün pulumuz yoxdur: "İmkanlı adamlar da deyir ki, mən pullarımı toya müğənni çağırmağa xərcləyirəm, kino üçün pulum yoxdur. Bir dəfə də məni müdafiə edin. Cəfər Cabbarlı ilə bağlı filmi çəkməyə mənim imkanım yoxdur”.

Xalq yazıçısı Əkərm Əylisinin iddiaları ilə bağlı maraqlı açıqlama verib:.