Bu barədə AzNews.az-a məlumatı Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov bildirib.
Onun sözlərinə görə,yarış Kikboskinqin K-1 versiyasiyası üzrə Fihht-vision 3 peşəkarlar arasında keçirilir. Ümumilikdə 11 döyüş üzrə keçirilkəcək turnirə Azərbaycan, Almaniya, Hollandiya, Gürcastandan 22 idmançı qatılacaq.
Yarışda ölkəmizin idman şərəfini kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamızın üzvləri qoruyacaq. Təmsilçilərimiz arasında Zöhrab Əzimov, Vüsal Abbsov, Edvard Məmmədov, Xəyal Əhmədov, Sərxan Oruclu, Azər Abbasov, Araz Pirməmmədov, Təbriz Balaxanov, Vabid Astapuk və digər idmançılarımız da yer alır.
Yarışda döyüşəcək ən gənc idmaçımız Niçat Nəcəfzadə -38 kq, xanım idmaçımız isə Şəhla Allahverdiyeva da var.
Qeyd edək ki, yarış bu gün saat 18:00-da Bakı Əyləncə Mərkəzidə (BƏM) başlayacaq.
Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.