Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «Azərfon» və «Bakcell» şirkətlərinə basqı qurmağa başlayıb. Səbəb isə hər iki mobil şirkətinin nazirliyin «Aztelekom» İstehsalat Birliyinə olan borclarını ödəməkdən yayınmalarıdır.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, hər iki şirkət bir ildən çoxdur «Aztelekom»un ötürücülərindən etdikləri istifadəyə görə borclarını ödəməyiblər: «Nazirliyin adıçəkilən qurumunun rəsmi və şifahi çağırışlarına da adıçəkilən şirkətlər məhəl qoymayıb. Buna görə də həm «Azərfon», həm də «Bakcell» məhkəməyə cəlb olunub. Birlik hər iki şirkətdən borclarını və dəbbə pulunu tələb edir».
Məlumata görə,
"Aztelekom” İB-in "Azərfon” MMC-yə qarşı borc və vurulmuş zərərin alınması, "Bakcell LTD” MMC-yə qarşı isə dəymiş ziyanın və dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində may ayının
1-də baxılacaq.
Birinci şikayət hakim Həmid Həmidovun,
ikinci isə hakim Cahangir Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məlumatda o da bildirilir ki, hər iki şirkət mövcud qanunlara zidd olaraq özbaşına beynəlxalq arenaya çıxış məqsədiylə razılaşdırılmamış ötürücülər də qurublar ki, bu da nazirliyin ciddi narazılığına səbəb olub. Əlavə araşdırmalarımız olacaq. Mia.az-ı izləyin!