İranın tanınmış aktrisaları Xəzər Məsumi, Dünya Mədəni və Təranə Əlidosti etiraz aksiyalarına qoşulub.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Onlar etirazçılarla həmrəylik nümayiş etdirmək üçün yaylıqsız fotolarını sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, İranda 56 gündür etiraz aksiyaları keçirilir.