“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür”.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib.

Paylaşımda daha sonra deyilir: “Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq”.