“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”.
Mia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir deyib ki, həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir: "Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olacaq”.