Şuşa mənim ürəyim 
Eşqim, arzum, diləyim
Cənnət üzlü mələyim
Mən Şuşama vurğunam!

Şərəfim, iftixarım
Əyilməyən vüqarım
Mənim vəfalı yarım
Mən Şuşama vurğunam!

Xanın zənguləsidir
Bülbülün nəfəsidir
Xudayarın səsidir
Mən Şuşama vurğunam!

Eşqin ilə alışdım
Xan qızına qovuşdum
Vaqifimi soruşdum
Mən Şuşama vurğunam.

Mübarizim, Poladım
Vətən adlı muradım
Bilməm, necə anladım
Mən Şuşama vurğunam,
Mən Şuşama vurğunam!

Müəllif:

Şəlalə Cabbarova,

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi