Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb.

Mia.az Dövlət Xidmətinə istinadla bildirir ki, layihə çərçivəsində ilkin olaraq Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq.

Artıq paytaxtın Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb.

Mühafizə lövhələrinin vurulması Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.

Layihə çərçivəsində həm Bakıda, həm də regionlarda yerləşən tarix-mədəniyyət abidələrinə yeni mühafizə lövhəsinin vurulması nəzərdə tutulur.