Soçidə Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş və danışıqlar olmayıb.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O sadəcə 3 ölkənin XİN başçılarının söhbət etdiklərini, müzakirə apardıqlarını söyləyib: "Bu nümayəndə heyətlərinin danışıqları deyildi"/Report.

O, əlavə edib ki, Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi barədə müzakirə aparılıb: "Bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək".

Mia.az