Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
O qeyd edib ki, amma bu təklif rədd edilib.
Paşinyan sülhməramlıların manatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, o deyib/APA.
Mia.az-ın məlumatına görə, Paşinyan daha sonra deyib ki, Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gəlir: "Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm, iki ölkənin xüsusi nümayəndələrinin təmasları da davam edir. Bu, mühüm dəyişiklikdir. Artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində Türkiyə ilə problem yoxdur".