Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunan Xalq yazçısı Çingiz Abdullayev yeni açıqlama verib.
Mia.az xəbər verir ki, o, "Feysbuk" hesabında belə paylaşım edib:
"Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?".