Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari ilin sentyabr ayında bəzi kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunub: "Müvafiq məsələ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülüb və yerində xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir”.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib/APA.