"Bu gün çiyin-çiyinə olmaq məcburiyyətindəyik".
Bunu Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş deyib.
O, indiyədək çətin günləri birlikdə aşdıqlarını söyləyib: "Bundan sonra da çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Bu gün sevincimizi, kədərimizi paylaşmaq günüdür”/Report.
Qeyd edək ki, Ə.Erbaş Türk Dövlətləri Təşkilatlarının (TDT) müsəlman dini liderlərinin üçüncü görüşünə və digər tədbirlərə qatılmaq üçün Azərbaycanda səfərdədir.