"Hindistanın Ermənistana silah satması bizi maraqlandırmır".
Mia.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, biz torpaqlarımızı qorumaq üçün ölsək şəhid, sağ qalsaq qazi olacağıq: "Azərbaycan Ordusu, Türkiyə Silahlı Qüvvələrinin mənsubları da bu düşüncə ilə çalışırlar. Onlar nə etsələr də, bizim iman dolu sinəmiz var. Hər növ silaha, texnikaya qarşı torpaqlarımızı qorumağa hazırıq”.