Avropa İttifaqı Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib: “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”.