Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat, mərhum Araz Əlizadəni təşkilatda kim əvəz edəcək?
Mia.az-ın məlumatına görə, Araz Əlizadənin həyat yoldaşı Manana Quriya Qaynarinfo-ya açıqlamasında bildirib ki, yeni sədr mərhumun 40 mərasimindən sonra seçiləcək. O bildirib ki, ASDP ilə bağlı məsələlər yalnız sabiq deputatın 40 mərasimdən sonra müzakirəyə çıxarılacaq.
"Partiyanın sədri vəzifəsini Araz Əlizadənin oğlu - Səməd Əlizadə tuta bilərmi" sualına mərhumun həyat yoldaşı belə cavab verib: "Niyə də olmasın? Amma partiyanın nizamnaməsi var. Nizamnaməyə görə sədri qurultay nümayəndələri seçməlidir. Qurultay çağırılacaq, sədr də orada çeçiləcək”.
Qeyd edək ki, Araz Əlizadə oktyabrın 6-da dünyasını dəyişib.
Araz Əlizadənin postunu oğlu tutacaq? - Həyat yoldaşı "Niyə də olmasın?" deyir
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51