"Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil".

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılması ilə bağlı məlumatlar yayılıb və məsələ ciddi müzakirələrə səbəb olub.